Turacın mahnısı
Bakı: Azərnəşr, 1973, 142 səh.
Bakı: Azərnəşr, 1973, 142 səh.
Bakı: Gənclik, 1968, 108 səh.
Bakı: Azərnəşr, 1964, 46 səh.
Azərbaycan Yazıçılar Birliyi üzvlərinin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Yazıçılar Birliyinin aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Xalq yazıçısı” fəxri adı Abdullayev Çingiz Akif oğlu Abdullayev Gülhüseyn Hüseyn oğlu (Gülhüseyn Hüseynoğlu) “Xalq şairi” fəxri adı Həsənzadə Nəriman Əliməmməd oğlu Rüstəmxanlı Sabir Xudu oğlu “Əməkdar incəsənət xadimi” fəxri adı Cəfərov Ayaz […]
Bu gün 54 ildən çox bir zaman kəsiyində “Ədəbiyyat qəzeti”nin (“Ədəbiyyat və incəsənət”) sıravi işçisindən tutmuş, baş redaktor vəzifəsinə qədər yüksələn bir kəsin – Ayaz Vəfalının doğum günüdür. O, bu müddət ərzində təkcə özünün əsl ədəbiyyat adamı olmasına nail olmayıb. Bu gün ədəbiyyatımızda, sözün əsl mənasında, imzası olan neçə-neçə qələm sahiblərinin formalaşmasına əmək sərf edib. […]
Çox xəlqi və ya xalqçı olmaq üçün yazar və şairdən nə tələb olunur? – Xalqın şifahi ədəbiyyatını diqqətlə incələmək, xalqın keçmişini, bu gününü, hansı fikirlərlə yaşadığını, adət və ənənələrini öyrənmək. Çünki xalq öz varlığını bu qiymətli materiallarda əks etdirir. Bütün bunlardan istifadə etmək xalqla qarşılıqlı əlaqələr yaratmaq deməkdir. Bunlardan nəyin öyrənilməli olduğunu və necə istifadə […]
Böyük şairimiz Məhəmməd Füzuli haqqında saya gəlməyəcək qədər yazılar və etibarlı araşdırmalar yazılmış, hələ onun şeri, düşüncəsi və şəxsiyyəti çox sayda yazar, fikir adamı və geniş miqyasda tədqiqatçının diqqətini cəlb etmişdir. Ədəbiyyatımızda “fövqəladə diqqət yetirilən birinci sənətkar” olan Füzuli digər keyfiyyətlərindən ən çox yaradıcılığı ilə bu böyük kütləni ardınca apara bilmişdir. Xalqın prinsiplərini, acısını, fikrini və tarixini […]
AZƏRTAC xəbər verir ki, 2007 aprelin 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, tərcüməçi, füzulişünas alim, əməkdar incəsənət xadimi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbiri Birliyin katibi, xalq şairi Fikrət Qoca açaraq yubilyarın məhz öz təxəllüsünə uyğun ömür sürdüyünü diqqətə çatdırmış, arxada […]
Ömür yolu deyilən bir ifadə var. Bu yol fərdidir. Kimisinin əllərindən yapışıb hamar yola çıxararlar. Bir başqası öz yolunun ilk cığırını da özü salar. Yol boyu ayağını əzən daş-kəsəyi özü təmizləyər. Öz yolunu özü açar, özü hamarlayar. Öz yolunun şaxtasına-sazağına sinə gərər, boranına-tufanına özü dözər. Ömür yollarının uzunluğu əzəldən bəlli olmaz. Ölçülü-biçili də olmaz. Hərənin qət edəcəyi yol da bilinməz. Amma qət etdiyi bilinər. […]