Məqalələr

Status: Dünyamız gözəl dünyadı – Sevda Ayazqızı

VaqifinVidadiyə söylədiyi bu sətirlər dilimin ucunda dolaşırdı: Ey Vidadi! Gərdişi-dövrani kəcrəftarə bax! Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax! Əhli zülmü necə bərbad eylədi bir ləhzədə. Hökmü adil padişahi-qadirü qəhharə bax. Azərbaycan Beynəlxalq Radiosunun efiri üçün işlədiyim materialda vücudumu saran bu ovqat hakim idi. Bu arada bacım Sevinc mənə telefon açdı. Məhəmmədhüseyn Şəhriyarın 110 illik […]

Dünyanın hər üzünü görən, qalib çıxan dostum – Qəzənfər PAŞAYEV

Ədəbiyyatımıza, mədəniyyətimizə, mənəvi dəyərlərimizə vicdanla xidmət edən ziyalılarımızdan söz düşəndə yada ilk gələnlərdən biri də Ayaz Vəfalı olur. Ayaz Vəfalı Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirən kimi  “Ədəbiyyat və incəsənət” qəzetində işə başlayıb və burada baş redaktor vəzifəsinə qədər yüksəlib. Altmış ildən çox hər sayını intizarla gözlədiyimiz “Ədəbiyyat qəzeti”ndə işləyib. Şair-alim, Əməkdar incəsənət xadimi, mətbuatımızın […]

Mənalı ömrün yeni baharı – Şirindil Alışanlı

Sənətkar şəxsiyyəti ilə ömür yolunun üst-üstə düşdüyü, bir-birini tamamladığı məqamdan söz düşəndə göz önünə gələnlərdən biri də Əməkdar incəsənət xadimi, şair, tərcüməçi, publisist Ayaz Vəfalıdır. Ayaz müəllimə həyatın bəxş etdiyi ata nisgili onun çoxşaxəli yaradıcılığının bütün qatlarına hopub. Bir ziyalı kimi xarakterinin hamıya bəlli olmayan çalarlarını təyin edib. “Dörd yaşında fikir çəkdim” deyən Ayaz ata […]

Füzuliyə Vəfalıdan vəfa

Böyük şairimiz Məhəmməd Füzuli haqqında saya gəlməyəcək qədər yazılar və etibarlı araşdırmalar yazılmış, hələ onun şeri, düşüncəsi və şəxsiyyəti çox sayda yazar, fikir adamı və geniş miqyasda tədqiqatçının diqqətini cəlb etmişdir. Ədəbiyyatımızda “fövqəladə diqqət yetirilən birinci sənətkar” olan Füzuli digər keyfiyyətlərindən ən çox yaradıcılığı ilə bu böyük kütləni ardınca apara bilmişdir. Xalqın prinsiplərini, acısını, fikrini və tarixini […]

UCA SÖZƏ SADİQ AYAZ VƏFALI PUBLİSİSTİKASI

Ömrünün 54 ilini mətbuata həsr eləmiş, publisist, şair, tərcüməçi, alim Ayaz Vəfalının yaradıcılığının böyük hissəsini publisistika təşkil edir. Onun əsərləri siyasi publisistikadan uzaqdır. Bu publisistika nə Sovet dövrünün hakim partiyasının plenumlarının müxtəlif kompaniyalarını alqışladı, nə də 1990-cı illərdə Azadlıq meydanında Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi xalqı milli azadlıq hərəkatına səslədi. Ayaz Vəfalı Azərbaycan mətbuatında […]

Ayaz Vəfalı-85: Sənətə olan sevgini səndən öyrəndik, ata! – Sevda Ayaz qızı Behbudlu

Bu gün 54 ildən çox bir zaman kəsiyində “Ədəbiyyat qəzeti”nin (“Ədəbiyyat və incəsənət”) sıravi işçisindən tutmuş, baş redaktor vəzifəsinə qədər yüksələn bir kəsin – Ayaz Vəfalının doğum günüdür. O, bu müddət ərzində təkcə özünün əsl ədəbiyyat adamı olmasına nail olmayıb. Bu gün ədəbiyyatımızda, sözün əsl mənasında, imzası olan neçə-neçə qələm sahiblərinin formalaşmasına əmək sərf edib. […]

“Əlim qələm tutdu, tale yar oldu…”  

Heç kimə maddi və mənəvi borcum yoxdur. On yeddi yaşımdan, yəni kənddən çıxandan, evimizdə şərt kəsmişdim ki, məndən narahat olmasınlar, özüm-özümü dolandıracağam. Beləliklə, tələbəliklə yanaşı, bir fəhlə həyatı yaşadım, qarşıma çıxan bütün müşgülləri, çətinlikləri özüm həll etdim. Üstümdə xırda zəhmətləri olan yaşlı yazıçı və alimlərimiz həyatdan köçüb gediblər. Amma onlara da borclu qalmamışdım, onlar haqqında da sözümü demişdim. Lakin həyat […]

Azərbaycan Yazıçılar Birliyi üzvlərinin təltif edilməsi haqqında

Azərbaycan Yazıçılar Birliyi üzvlərinin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Yazıçılar Birliyinin aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Xalq yazıçısı” fəxri adı Abdullayev Çingiz Akif oğlu Abdullayev Gülhüseyn Hüseyn oğlu (Gülhüseyn Hüseynoğlu) “Xalq şairi” fəxri adı Həsənzadə Nəriman Əliməmməd oğlu Rüstəmxanlı Sabir Xudu oğlu “Əməkdar incəsənət xadimi” fəxri adı Cəfərov Ayaz […]

Ayaz Vəfalı-85: Sənətə olan sevgini səndən öyrəndik, ata! – Sevda Ayaz qızı Behbudlu

Bu gün 54 ildən çox bir zaman kəsiyində “Ədəbiyyat qəzeti”nin (“Ədəbiyyat və incəsənət”) sıravi işçisindən tutmuş, baş redaktor vəzifəsinə qədər yüksələn bir kəsin – Ayaz Vəfalının doğum günüdür. O, bu müddət ərzində təkcə özünün əsl ədəbiyyat adamı olmasına nail olmayıb. Bu gün ədəbiyyatımızda, sözün əsl mənasında, imzası olan neçə-neçə qələm sahiblərinin formalaşmasına əmək sərf edib. […]

Xəlqilik

Çox xəlqi və ya xalqçı olmaq üçün yazar və şairdən nə tələb olunur? – Xalqın şifahi ədəbiyyatını diqqətlə incələmək, xalqın keçmişini, bu gününü, hansı fikirlərlə yaşadığını, adət və ənənələrini öyrənmək. Çünki xalq öz varlığını bu qiymətli materiallarda əks etdirir. Bütün bunlardan istifadə etmək xalqla qarşılıqlı əlaqələr yaratmaq deməkdir. Bunlardan nəyin öyrənilməli olduğunu və necə istifadə […]

Füzuliyə Vəfalıdan vəfa

Böyük şairimiz Məhəmməd Füzuli haqqında saya gəlməyəcək qədər yazılar və etibarlı araşdırmalar yazılmış, hələ onun şeri, düşüncəsi və şəxsiyyəti çox sayda yazar, fikir adamı və geniş miqyasda tədqiqatçının diqqətini cəlb etmişdir. Ədəbiyyatımızda “fövqəladə diqqət yetirilən birinci sənətkar” olan Füzuli digər keyfiyyətlərindən ən çox yaradıcılığı ilə bu böyük kütləni ardınca apara bilmişdir. Xalqın prinsiplərini, acısını, fikrini və tarixini […]

AYAZ VƏFALI ÖMRÜNÜN ARXADA QALMIŞ 70 ŞƏRƏFLİ İLİ

AZƏRTAC xəbər verir ki, 2007 aprelin 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, tərcüməçi, füzulişünas alim, əməkdar incəsənət xadimi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbiri Birliyin katibi, xalq şairi Fikrət Qoca açaraq yubilyarın məhz öz təxəllüsünə uyğun ömür sürdüyünü diqqətə çatdırmış, arxada […]

 Bir ömür…

 Ömür yolu deyilən bir ifadə var. Bu yol fərdidir. Kimisinin əllərindən yapışıb hamar yola çıxararlar. Bir başqası öz yolunun ilk cığırını da özü salar. Yol boyu ayağını əzən daş-kəsəyi özü təmizləyər. Öz yolunu özü açar, özü hamarlayar. Öz yolunun şaxtasına-sazağına sinə gərər, boranına-tufanına özü dözər. Ömür yollarının uzunluğu əzəldən bəlli olmaz. Ölçülü-biçili də olmaz. Hərənin qət edəcəyi yol da bilinməz. Amma qət etdiyi bilinər. […]